Müəllimlər İnstitutunun bağlanan filiallarının müəllimlərinin nəzərinə!

30 Yanvar 2014 12:36 (UTC+04:00)
Müəllimlər İnstitutunun bağlanan filiallarında işləyən müəllimlər digər ali məktəblərə yerləşdiriləcəklər. Movqe.az xəbər verir ki, bu sözləri bu gün Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Elm Ali və Orta İxtisas təhsili şöbəsinin müdir müavini Yaqub Priyev deyib. Y. Piryev bildirib ki, institutun 11 filialından 4-ü bağlanıb: "Sumqayıt dövlət universitetində müvafiq müəllim ixtisasları var. "Bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitetimiz var yəqin oraya da yerləşdirilənlər olacaq".
Y. Piriyev jurnalistlərə açıqlamasında  Sumqayıt Dövlət Universitetinin işdən azad olunan rektoru ilə bağlı da məlumat verib. Y.Piriyev deyib ki, sözügedən universitetdə işdən azad olunanların bəziləri kafedra müdiri vəzifəsinə keçiriliblər. "Həmin universitetə yeni rektor əvəzi təyin olub. Həmin rektor islahatlar həyata keçirir".