"Qızından daha seksual olmağa çalışan yazıq ana kimi görünürsən"

30 Yanvar 2014 12:51 (UTC+04:00)

55 yaşındakı məşhur pop ulduz Madonna, qalmaqalları ilə gündəmdən düşməyən Miley Krusla duet oxuyub. Mövqe.az xarici KİV-ə istnadən bildirir ki, "MTV" üçün oxunan duet yayımlanmasa da, foto şəkilləri çoxdan internetdə yayılıb. Ancaq Madonna üçün gələn şərhlər heç də ürək açan deyil. Performans boyunca Miley kimi bir neçə dəfə dilini çıxardan Madonna üçün "Artıq 55 yaşındasan! Uşaq kimi davranma!" şərhləri edildi. Ancaq ən sərt şərh, maqazin saytı TMZ dən gəldi: "Qızından daha seksual olmağa çalışan yazıq ana kimi görünürsən"