Əsəd , Əl Qaidəni neftlə dəstəkləyir

30 Yanvar 2014 13:23 (UTC+04:00)

Amerika "New York Times" qəzeti , Əl-Qaidə əlaqəli İraq Şam İslam Dövləti ( IŞİD ) və Əl Nusra Cəbhəsi kimi İslamçı qrupların , Suriyadakı təbii qaz və neft sahələrinin böyük hissəsinin nəzarətini ələ keçirdiyini yazıb. Xəbərdə Bəşər Əsəd rəhbərliyinin , IŞİD və digər İslamçı qruplardan neft satın aldığı , bunun qarşılığında hava əməliyyatlarında bəhsi keçən qrupların qərargahlarını hədəf götürmədiyi deyilib.

 Movqe.Az xəbər verir ki,  İslamçı qrupların çıxardıqları neftin böyük hissəsini İraq və Türkiyəyə apardıqlarını yazan qəzet , Şamla IŞİD arasındakı ticarətin bəzən vasitəçilərlə  birbaşa olaraq edildiyini yazıb.


İsrail hərbi kəşfiyyatının rəhbəri general Aviv Koçavi , Karaman , Osmaniye və Şanlıurfada Əl Qaidə düşərgələri olduğunu iddia edib. Koçavi , xəritəylə təqdim etdiyi konfransda "200 xadim bu düşərgələrdə qalır. NATO üzvü Türkiyədən Avropaya hücum edir"deyib. Ankara , İsrailin iddiasını yalanlayıb.