ABU-nun tələbələrinin aqibəti necə olacaq?

30 Yanvar 2014 14:21 (UTC+04:00)
Azərbaycan Beynəlxalq Universitetinin məzunlarının taleyinə də aydınlıq gətirilib.  Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, ABU-nu bitirən əksər məzunları diplomla təmin olunsa da, bəziləri hələ də diplomlarını ala bilməyiblər: "Təhsil Nazirliyinə Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı minlərlə ərizə daxil olub. Ali məktəbə qanunu yolla qəbul olunan bütün tələbələr öz diplomlarını alacaqlar. Bundan narahat olmasınlar. ABU ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır. Nazirliyə müraciət edən insanların problemlərinin həlli üçün onların bir qismi idarəyə yönəldilib. Bu məsələyə aydınlıq gətiriləcək və əhaliyə ətraflı məlumat veriləcək".