İmtahan qaydalarında yenilik gözlənilir

30 Yanvar 2014 14:43 (UTC+04:00)

Gələcəkdə ali məktəblərdə imtahanların keçirilməsi ilə bağlı yeni yenilik ediləcək. Movqe.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamaında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib. Y. Piriyev bildirib ki, hər bir universitetdə imtahanlar əsasnamələrə uyğun olaraq həyata keçirilir. Bəzi ali məktəblərdə isə  imtahanlar yazılı və şifahi üsulla aparılır:"Bu da ali təhsil müəssisələrinin elmi şuralarının qərarı ilə həyata keçirilir. Amma gələcəkdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yəqin ki, bu qaydalar yaxınlarda həyata keçiriləcək. İmtahanların keçirilmə qaydaları ali təhsil müəssisələrinin təkcə elmi şuralarının qərarına əsasən yox, yeni qaydalara əsasən həyata keçiriləcək. İmtahanlarının keçirilməsinin müxtəlif üsulları var-şifahi, yazılı, test, baxış üsulu. Bunların hamısı qaydalarda öz əksini tapıb. Bu qaydalar təsdiq olunandan sonra ali məktəblərdə imtahanların hansı qaydada həyata keçiriləcəyi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".