Yaddaşınız zəifdir? Çarəsi budur!

30 Yanvar 2014 16:04 (UTC+04:00)

Oxford araşdırdı ; BBC yayımladı. Biz insanlar üçün yeni bir şey öyrənmək demək , beynimizin fəaliyyətini yenidən tənzimləmək deməkdir. Beynimiz , hamısı bir-birinə bağlı milyardlarla neyron və beyin hüceyrəsindən ibarətdir . Öyrənmək , bu neyronlar arasında elektrik axınıyla yeni yollar yaratmaq və bunları daimi etməkdir. 

Amma beynimizdəki bütün əlaqələrin arasında birləşmə yeri deyilən kiçik bir aralıq vardır.

 Movqe.Az BBC-yə istinadən xəbər verir ki, yeni bir şey öyrənən zaman elektrik siqnal bu aralıqda  yoluna davam edir. Hər kəsin daha yaxşı öyrənməsi üçün neyronlar arasındakı keçidin təmin edilməsi lazımdır.

 Oxford Ünivesitesinin , Durham ibtidai məktəbində bəzi mövzularda geri qalan şagirdlər arasında edilmiş  təcrübə maraqlı  nəticələr ortaya çıxarıb.

 

 Daimi omeqa 3 istifadəsi sayəsində tələbələrin konsentrasiya və öyrənmə çətinliyinin öhdəsindən rahatca gələ bildiyi təsbit edilib.

 

 Bu iş ilə Omeqa 3 yağ turşularının neyronlar arasında elektrik axının davamlılığını artırdığı bir də təsdiq olub.