Çox "qaibi"olan tələbələr universitetdən qovulmayacaq

30 Yanvar 2014 15:31 (UTC+04:00)

Fevralın  25-dən qüvvəyə minəcək  Nazirlər Kabinetinin müvafiq qərarı ilə tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub. Movqe.az xəbər verir ki, Təhsil Nazirliyinin Elm Ali və Orta İxtisas təhsili şöbəsinin müdir müavini Yaqub Priyev jurnalistlərə açıqlamasında bildirib ki, , bu qərara əsasən, tələbə ümumi 30%-40% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ömür boyu təhsil nəzərdə tutulub. Biz belə qərara gəlmişik ki, tələbə dərsə davamiyyət limitini keçdiyi halda belə universitetdən xaric olunmasın. Sadəcə olaraq, tələbə imtahana buraxılmır, dərsi yenidən oxumalı, yay məktəbində, gələn semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə bilər".