Yarım milyon manatlıq mənimsəmənin üstü açıldı

30 Yanvar 2014 16:08 (UTC+04:00)
"Türkan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılı. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a daxil olan məlumata görə, cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.