Tanınmış prodüsser 14 kq arıqlayıb tanınmaz görkəmə düşdü - FOTOLAR

30 Yanvar 2014 17:10 (UTC+04:00)

Prodüsser Təranə Səmədova xeyli arıqlayıb. Mövqe.az xəbər verir ki, bunun üçün prodüsser mütamadi idmanla məşğul olur. İdmana getməkdən əlavə, həm də pəhriz saxlayan prodüsser Mövqe.az-ın oxucuları ilə də öz sirrini paylaşıb:  


" Arıqlamaq üçün həm pəhriz saxlayıram, həm də ki, mütamadi idmanla məşğul oluram. Pəhrizi isə sadəcə olaraq eşitdiklərim və oxuduqlarım əsnasında saxlamıram, sırf sağlam qidalanaraq arıqlamağa çalışıram. Bu işdə də ən əsas köməkliyi mənə fitnes-trenerim Ceyhun Vəliyev edir. Ən əsası arıqlamaq istəyənlərə məsləhətim odur ki, şəkərli, qazlı, spirtli içkilərdən maksimum dərəcədə uzaq olsunlar. Qəti o cür içkilərdən istifadə etmək olmaz. Daha sonra fast-food, yağlı və qızardılmış yeməklərdən də imtina etsinlər. Balıq, toyuq, ət yesinlər. Amma qızardılmış yox, soyutma, buxarda bişmiş olsun. Hətta kabab da yemək olar. Tərkibində piy olan kabablardan isə yemək olmaz. Gün ərzində çoxlu qazsız su içsinlər".


Məlumat üçün bildirək ki, prodüsser bir ay yarımdan artıqdır ki, idmanla məşğul olub, pəhriz saxladığı üçün 14 kq arıqlayıb.