Yeganə təqsiri Prezidentə oxşamasıdır

30 Yanvar 2014 17:15 (UTC+04:00)

İranın tanınmış aktyorlarından Mahmud Basiri, keçmiş prezident Mahmud Əhmədinejada bənzərliyi səbəbiylə 8 il müddətində efirə çıxmasının qadağan edildiyini açıqlayıb.


Movqe.Az xəbər verir ki, İran Xəbər Agentliyinə ( İSNA ) bir müsahibə verən 66 yaşındakı aktyor Mahmud Basiri , keçmiş liderdən icazə almadan Əhmədinejad rolunu oynamayacağını söyləyib.


 Uzun aktyorluq həyatında daha çox televiziya komediya rollarına tanınan və keçmiş Prezidentdən az qala 10 yaş böyük olan Basari , ona qoyulan qadağanın fərqinə vardığını söyləyib.


 Bu hadisənin 2005-ci ildə Əhmədinejadın seçkiləri qazanmasından sonra meydana gəldiyini söyləyən Basari , "Əvvəl gülüb üsdən keçdim. İnanmamışdım. Amma söz-söhbətlər gedərək həqiqətə çevrildi" deyib.


Aktyor 8 il müddətində keçmiş televiziya şoularının kliplərindən belə çıxarıldığını söyləyib. Basari , prezident seçkiləriylə bağlı bir film proyektini qəbul etmədiyini söyləyib.


Bununla yanaşı Mahmud Basari ,bir gün icazə alsa keçmiş Respublika başçısı Əhmədinejad rolunu oynaya biləcəyini sözlərinə əlavə edib.