"Dəvə virusu" Azərbaycanda da yayıla bilərmi?

30 Yanvar 2014 16:53 (UTC+04:00)

Koronavirus adlı virus Səudiyyə Ərəbistanında 60 can alıb. Bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, artıq dünən bu virusdan dünyasını dəyişənlərin sayı 60-a çatıb. Ümumilikdə bütün dünyada 180 nəfər bu virusa yoluxub. Bunların da 77 nəfəri vəfat edib. Xəstəlik ilk dəfə Səudiyyə Ərəbistanı ərazisində 2012-ci ildə qeydə alınıb. 2013-cü il mayın 15-də vurusa "Middle East respiratory syndrome coronavirus" (MERS-CoV) adı verilib. Alimlərin fikrincə, virusun yayılma səbəbi Ərəbistan yarımadasındakı birürgüclü dəvələr ola bilər. Bəs görəsən bu virusun Azərbaycanda yayılma ehtimalı varmı?Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Milli Profilaktika İnstitutunun direktoru, respublikanınbaş infeksionisti Namiq Əliyev Movqe.az-a açıqlamasında hələki bu virusun ölkəmizi təhdid etmədiyini söyləyib. N. Əliyev bildirib ki, indiyədək Azərbaycanda bu virusa yoluxan olmayıb: "Bu virusun Azərbaycanda yayılması ilə bağlı narahatlıq yoxdur. Çünki indiyədək Azərbaycanda bir nəfərin belə bu virusa yoluxmasına rast gəlinməyib".