"Simurq" belçikalı futbolçunu heyətinə qatdı

30 Yanvar 2014 19:49 (UTC+04:00)

Futbol "Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Movqe.az  klubun saytına istinadən məlumat verir ki, komanda Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Lambot Benjamin Edouardla 1+1 sistemli müqavilə imzalayıb. Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandanın heyətində 19 nömrəli forma geyinəcək. Qeyd edək ki, Benjaminin son klubu "Lierse" (Belçika) olub.