Qar yağan kimi işıqlar niyə söndü?-Rəsmi açıqlama

31 Yanvar 2014 10:35 (UTC+04:00)

Paytaxta yağan güclü qar gecə saatlarında ciddi problemlər yaradıb. Movqe.az xəbər verir ki, qarın güclənməsi Bakının əksər yerlərini zülmətə qərq edib. Sabunçu rayonun bir sıra ərazilərində elektirik enerjisi kəsilib. "2-ci Zabrat" qəsəbəsində isə  5 saat sakinlər qaranlıqda qalıblar:"Məlumat vermişik, deyirlər işçilər yoxdu, sabah gəlib düzəldəcəklər. Bu soyuq havada işıqsız, qazsız necə dayanaq", - qəsəbə sakinləri bildiriblər".
Eyni problem Binəqədi rayonun əksər ərazilərində yaşanıb. Binəqədi kəndinin bir hissəsi gecə zülmətə qərq olub. Elektrik enerjisi gecə saatlarında Masazır kəndində də kəsilib. Binəqədi şosesi 7-ərazisində də sakinlər gecəniqaranlıqda qalmalı olublar. Eləcə də bu gecə paytaxtın əksər ərazilərində sakinlər eyni problemi yaşayıb.
Bakıelektrikşəbəkə ASC-dən Movqe.az-a bildirblər ki, yaranmış problemlər yüklənmələrlə bağlı olub. Və artıq demək olar ki, gecə saatlarında elektrik enerjisi kəsilən bütün ərazilərə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda qurum gücləndirilmiş iş rejimində işləyir.