Facebookdan daha bir yenilik! - FOTO/Video

31 Yanvar 2014 11:47 (UTC+04:00)

Sosial media platformlarının məşhur adlarından biri olan Facebook , xəbər mərkəzli yeni tətbiqini tanıdıb. Facebook , yalnız iPhone üçün inkişaf etdirdiyi "Facebook Paper" adlı tətbiqi ilə Flipboarda rəqib olmağı hədəfləyir.

Movqe.Az xəbər verir ki, Tətbiqində iPhonenin sensorlarını və iOS 7-in yeniliklərini sonuna qədər istifadə edən Facebook , yalnız xəbər oxumaq istəyənlərə xitab edəcək. Facebook Paper vasitəsilə xəbər oxuya bilər və bunları yoldaşlarınız ilə paylaşa bilərsiniz. Çox sadə bir interfeysə sahib olan tətbiq indidən diqqətləri üzərinə çəkmiş vəziyyətdədir.

19 fərqli mövzunun olduğu xəbər qaynaqlarıyla yanaşı Facebook olan xəbərləri də göstərən tətbiq , 3 fevral tarixində App Storedakı yerini alacaq. İlk mərhələdə Amerika üçün yayımlanacaq tətbiqin ölkəmizə nə vaxt gələcəyi hələlik bilinmir.