Bankomatlar donub?

31 Yanvar 2014 15:12 (UTC+04:00)

Havaların kəskin soyması bankomatların işində problemlər yaradıb. Vətəndaşların Moqe.az-a verdikləri  məlumata görə bu gün səhərdən "Kapital Bank"ın, eləcədə "Beynəlxalq Bank"ın bankomatları işləmir. Dünən səhər saatlarında Binəqədi qəsəbəsində "Kapital bank"ın bankomatının qarşısında dayanan sakinlər bankomatda pul olmadığı səbəbindən əliboş geri dönmək məcburiyətində qalıblar. Məcburi köckün Zeynəb xalanın dediyinə görə, bankomatda pul qurtarsa səhərdən indiyədək qəsəbə əhalisinin bir ümid yeri olan bu bankomatlara pul qoyulmur. Səbəb kimi isə yollar buz bağlaması əsas gətirilir. Amma qeyd  edək ki, hazırda qəsəbəyə avtobuslar  sərnişin daşıyır yollar acıqdır. Bankomatlarda pul qıtlığının yaranmasına digər Bakıətrafı qəsəbələrdə də rast gəlinir. Mehdiabad,  Rəsulzadə qəsəbələrindəki əksər bankomatlar boşdur. Anoloji vəziyyət Sumqayıtda da müşahidə olunur. Sumqayıtın 2-ci, 4-cü mikrorayonlarında sakinlər bankomatlarında  pul olmadığından narazılıq edirlər".