Yollarda son vəziyyət

31 Yanvar 2014 19:38 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında son vəziyyətlə bağlı açıqlama verib.

İdarədən verilən məlumata görə, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb. Hazırda Bakı-Şamaxı, Bakı-Ağsu-İsmayıllı, Bakı-Qazax, Bakı-Astara yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini bildirib.