Xoşqədəm Hidayətqızı sığınacaqda- Fotolar
31 Yanvar 2014 23:55 (UTC+04:00)
"Səni axtarıram"ın kollektivi Şərq bazarının
yanındakı müvəqqəti sığınacağa baş çəkib. Movqe.az
"Xeberdar.az"a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı
bu soyuq havada kimsəsizlərə, imkansızlara yaradılan şəraitlə tanış
olub. Tanınmış aparıcı öz razılığı bu cür dilə gətirib: "İşdən
çıxıb evə gedərkən, yolumuzun üstündəki müvvəqqəti sığınacağı görüb
dayandıq. Bilmək istəyirdik ki, orda kimlər var, şərait necədir?
İçəri keçdik, növbətçilər ayaq üstə gələnləri qarşılayır, çay verir
və s. Nə deyim bu soyuqda kimsəsizlərə, imkansızlara əl tutanlara
Allah kömək etsin! Bizi həm də sevindirən, öz işlərini layiqincə
yerinə yetirən, etimadı doğruldan məmurlarımızdı. Səlim Müslümova
təşəkkürümüzü bildiririk. Və təbii ki, Nərimanov rayonunun İcra
Başçısı Abidin Fərzəliyevə minnətdarıq. Etimadı doğruldan, öz işini
layiqincə yerinə yetirən məmurlara eşq olsun! Bu fikirlər təkcə
bizə məxsus deyil. Həm də sığınacağa pənah gətirən insanlara
məxsusdur".