Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına səhər saat 08:00-dan axşam saatlarına qədər 40-a yaxın müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Movqe.az-a açıqlamasında bildirib ki, onlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib. Onun sözlərinə görə, gündüz zədələnənlər arasında qadınlar, gecə isə kişilər üstünlük təşkil edib: "Xəsarət alanlardan 3-4 nəfəri xəstəxanaya aparılmayıb, 2 nəfər evə aparılıb, 3 nəfərə yerində yardım edilib. Ciddi xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib".