Keti Perri rekorda imza atdı

1 Fevral 2014 18:56 (UTC+04:00)
Amerikalı müğənni Keti Perri "Tvitter"in yeni kraliçası adlandırılıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Ketinin Tvitterdəki hesabına 50 milyon insan abunə olub. Ketinin populyarlığının yeni dalğasını "Dark Horse" sinqlinin inanılmaz uğuru ilə bağlayırlar. Həmin mahnı bu həftə Amerikanın ən əsas hit paradı olan "Billboard 100"-ə başçılıq edib.