Gəncədə tramvay xətti çəkilə bilər

1 Fevral 2014 20:21 (UTC+04:00)

Azərbaycanın Gəncə şəhərində tramvay xəttinin çəkilməsi ilə bağlı Fransanın "NewTL" şirkəti ilə imzalanmış memorandum ölkə hökumətinə təqdim olunub.

APA-nın Qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə müsahibəsində bildirib.

E.Vəliyev qeyd edib ki, Nazirlər Kabinetinə təqdim olunan sənəd Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və digər aidiyyəti qurumlarda baxıldıqdan sonra, yekun müqavilə imzalanacaq.


Qeyd edək ki, tramvayın ilk olaraq Gəncənin Dəmir Yol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi hərəkət edəcək yol inşa ediləcək. Bu marşrut boyu 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqa hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq. Tramvay xətti ilə paralel velosiped yolunun da çəkilməsi nəzərdə tutulub.