“Məqsədimiz dünyada uzunmüddətli sabitliyə nail olmaqdadır”

1 Fevral 2014 21:16 (UTC+04:00)

Almaniyanın federal müdafiə naziri Ursula fon der Lyayen Münxendə təhlükəsizlik üzrə konfransdakı çıxışında bütün dünyaya xəbərdarlıq edib ki, ilk baxışda o qədər də nəzərə çarpmayan gizli təhlükələr uzunmüddətli perspektivdə silahdan daha çox ziyan vura bilər. Nazir deyib: "Əlimizi əlimizin üstünə qoyub otura bilmərik. Biz beynəlxalq təhlükəsizlik naminə hər gün işləməliyik, çünki bizim üzərimizə xüsusi məsuliyyət düşür. Məqsədimiz Avropada və dünyada uzunmüddətli sabitliyə nail olmaqdır".

AFR Müdafiə Nazirliyinin başçısı Əfqanıstanda sülhyaratma əməliyyatında bundesverin rolunu vurğulayıb.

"Almaniyanın Avropada və NATO-da mövqeləri güclüdür, lakin Almaniya həm də Avropanın və NATO-nun sayəsində güclüdür. Biz Avropanın və Şimali Atlantika blokunun Almaniya üçün etdiklərini heç vaxt unutmayacağıq", - deyən nazir qeyd edib ki, Almaniya onun nasional-sosializmdən xilas edilməsinə görə minnətdardır.