Millimiz Filippinlə qarşılaşacaq

1 Fevral 2014 15:40 (UTC+04:00)

Martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.

AFFA-nın rəsmi saytında verilən məlumata görə, toplanış çərçivəsində martın 5-də millimiz Filippin yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, fevralın 23-də Avro-2016-nın püşkatma mərasimi keçiriləcəyinə görə AFFA yoldaşlıq oyunu üçün rəqibi püşkatmadan əvvəl müəyyənləşdirmək qərarına gəlib.