Azərbaycanlı milyarderin xanımına dəstək: "Geri dön!"
2 Fevral 2014 14:30 (UTC+04:00)
Son zamanlar adı mətbuatın gündəmindən düşməyən türkiyəli müğənni
Ebru Gündəşin iki ildir üzərində
işlədiyi albomunu satışa çıxartmaqdan imtina etdiyi haqda xəbər
vermişdik.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin bu
addımından təəssüflənən pərəstişkarları maraqlı kampaniyaya
başlayıblar.
Albomun çıxarılma vaxtını naməlum bir tarixə qədər təxirə salan
Ebruya dəstək olaraq, sevənləri "Geri dön" deyərək
səslənəcəklər.
Xatırladaq ki, müğənninin albomu artıq hazır idi və o, təqdimat
üçün bəzi tamamlanma işlərinin bitməsini gözləyirdi. Həyat yoldaşı
Rza Zərrab həbs olunduğu üçün çətin günlər yaşayan Gündəş təkcə
albomundan deyil, verəcəyi konsertlərlə bağlı planlarından da
imtina etməli olub.