Daha dörd kəndə təbii qaz veriləcək

2 Fevral 2014 14:44 (UTC+04:00)
2013-cü il ərzində Qax rayonunda 881 mənzil qazlaşdırılan və bununla da rayon üzrə təbii qaz istifadəçilərinin sayı 7 min 128 abonentə çatdırılıb. Hazırda Qax şəhərində və rayonun 12 kəndində "mavi yanacaq" şölələnir. Bu yaşayış məntəqələrində 30 min nəfərə yaxın əhali yaşayır. Movqe.az xəbər verir ki, hazırda "Azəriqaz" İstehsalat Birliyi tərəfindən daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər aparılır. İlisu və Şotavar kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi artıq başa çatdırılıb və mənzillərin qazlaşdırılmasına başlanıb. Qıpçaq və İngiloy-Kötüklü kəndlərinə isə daşıyıcı xətlərin çəkilişi davam etdirilir. 2014-cü ildə bu kəndlərə də təbii qaz verilməsi təmin olunacaq.