Kayahan 3-cü dəfə xərçəngə tutuldu

2 Fevral 2014 20:48 (UTC+04:00)

Məşhur müğənni Kayahan 3-cü dəfə xərçəngə tutulub. Albom hazırlamayacaq deyə and içən müğənni bu dəfə xərçəng xəstələri üçün studiyaya geri dönür

Movqe.Az xəbər verir ki, məşhur müğənni, illər sonra andını pozur. Üçüncü dəfə yumşaq toxuma xərçənginə tutulan müğənni xərçəng xəstələri üçün albom çıxartmaq qərarına gəlib. Mahnılarını youtube vasitəsilə paylaşacağını söyləyən Kayahan, eyni taleyi paylaşdığı xərçəng xəstələrinə yeni albomuyla dəstək olacaq. Məşhur bəstəkar albomun gəlirini, xərçənglə əlaqədar işlərdə olan qurumlara bağışlayacaq. 10 ildir küsülü olduğu Nilufərlə barışan  Kayahanın albomunu nə vaxt yayımlayacağı hələlik bilinmir.