Sabah Abşeron yarımadasında 14 dərəcəyədək şaxta gözlənilir

2 Fevral 2014 19:05 (UTC+04:00)

 Fevralın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Temperatur gecə 7-12 dərəcə, yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə 8-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yollar buz bağlayacaq.

 

Azərbaycanın əksər rayonlarında fevralın 3-də gündüz əsasən yağmursuz hava şəraiti olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında isə arabir qar yağacağı gözlənilir.