Azərbaycan tanklarının cəbhə xəttinə irəliləməsi haqda yeni xəbər
2 Fevral 2014 19:06 (UTC+04:00)
Azərbaycanın təmas xəttinə zirehli texnika
yeritməsinə dair yeni iddia səsləndirilib. ANS PRESS-in məlumatına
görə, bu dəfə Ermənistan mətbuatı belə bir iddia ilə çıxış edib.
Panarmenian.net saytı separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə
nazirliyi"nə istinadən belə informasiya yayıb. Yayılan məlumatda
Azərbaycan tərəfinin təmas xəttinin bəzi məntəqələrində hərbi
texnika cəmləşdirdiyi bildirilir. Məqalədə ermənilərin vahiməyə
düşdüyü də diqqətdən qaçmır.
Belə ki, ermənilərin millli təhlükəsizliyinə məsul
bəzi şəxsləri müharibənin başlanma ehtimalından danışaraq hərbi
əməliyyatların yenidən start götürəcəyi təqdirdə hər iki tərəfin
çoxlu itki verəcəyini bildirirlər.
Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti də
bir həftə əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə
doğru birincilərin tanklarının hərəkət etdiyi barədə məlumat
yaymışdı. Qəzətin internet səhifəsində yerləşdirilən məqalə
Ermənistanda böyük vahimə yaratmışdı. Ermənilərin armenpress saytı
"Yeni Şafak" qəzetində yayımlanan yazını şərh edərək tankların
cəbhə xəttinə yanaşmasının erməni tərəfinə hansı təsir göstərəcəyi
haqda erməni hərbi ekspertlərinin fikrini dərc etmişdi. Yazıda bu
xəbərin Ermənistanda qorxuya səbəb olduğu
bildirilirdi.