Bu gün saat
16:15-də Bakının "Neftçilər" metrostansiyası yaxınlığında,
Çobanzadə küçəsində zəncirvari yol qəzası baş verib.Trend-in
hadisə yerində olan əməkdaşının məlumatına görə, qəza zamanı 5
avtomobil toqquşub. Qəzaya səbəb hava şəraitinin düzgün
qiymətləndirilməməsi olub. Qəza nəticəsində xəsarət alan var.