Rayonlara işləyən avtobuslarda gediş haqqı bahalaşıb

2 Fevral 2014 19:51 (UTC+04:00)

Avtovağzaldan rayonlara işləyən avtobuslarda qiymət artımı müşahidə olunur. Bundan narazı qalan sərnişinlər ANS PRESS-ə bildiriblər ki, 6 manata olan biletlərin qiyməti 10 -15 manata qalxıb. Sərnişinlərin sözlərinə görə, Bakı-Gəncə marşrutu ilə işləyən avtobuslarda gediş haqqı artırılıb. qiymət artımının süni şəkildə edildiyini deyən sərnişinlərin sözlərinə görə, avtovağzalın kassalarında satılan biletlərin qiymətində də artımlar müşahidə olunur: "Biletlər qabaq sıralar üçün 15 manata, arxa sıralar isa 10 manata satılır".

Sürücülər sərnişinlərin suallarını cavablandırarkən biletlərin qiymətlərinin artımının tələbatın artımı ilə əlaqələndiriblər. Avtovağzalın məlumat burosundan isə qiymət artımı ilə bağlı deyilənlər təkzib edildi. Xidmətin xanım əməkdaşı  bildirdi ki, qiymət artımı ilə bağlı rəhbərlikdən onlara hər hansı bir göstəriş verilməyib.