SOCAR Bakı-Supsa boru kəməri ilə neft ixracını çoxaldıb
6 İyun 2012 16:36 (UTC+04:00)
Yanvar-may
aylarında Azərbaycandan Bakı-Supsa boru kəmərinə 1, 215 milyon ton
neft ixrac edilib. Bu haqda SOCAR məlumat verib.
Keçən il ilə
müqayisə də bu il Bakı-Supsa kəməri ilə 30 min tondan çox neft
ixrac olunub.
Qeyd edək ki,
yanvar ayında 315,253 min ton, fevralda – 161,49 min ton, martda –
411, 849 min ton, apreldə - 161, 449 min ton, may ayında isə - 165,
629 min ton neft ixrac olunub.
Onuda qeyd edək ki,
Bakı-Supsa boru kəməri 1994-cü il 20 sentyabrdan fəaliyyət
göstərir. Bu borunun ölçüsü 830 km-dir. Bakı-Supsa boru kəməri il
ərzində 7 milyon neft ixrac edə bilər.
2011-ci il ərzində
SOCAR Bakı-Supsa kəməri vasitəsi ilə 2, 652 milyon ton neft ixrac
etmişdi.
Türkan
Nadirqızı
Movqe.Az