Aygün Kazımovaya mahnı həsr etdi - VİDEO

3 Fevral 2014 13:11 (UTC+04:00)
Qalmaqallı açıqlamaları ilə şou-biznesdə özündən söz etdirən müğənni Həmid Sultan xalq artisti Aygün Kazımovaya jest edib. Movqe.az-a açıqlama verən H.Sutan bildirib ki, xalq artistinə mahnı həsr edib: "Lap kiçik yaşlarımdan bəri Aygün xanımın mahnıları dinləyib, bəhrələnmişəm. Həm sənətinə, həm də insanlığına böyük hörmətim var. Sözün əsil mənasında "Diva"dır. Ona olan sevgimi nəzərə alıb, jest edərək "Səndən gözəli yoxdur" adlı mahnını onun şərəfinə yazdım. Düşünürəm ki, Aygün xanım bəyənəcək".