Masallıda mikroavtobus elektrovozla toqquşdu

3 Fevral 2014 13:34 (UTC+04:00)

Azərbaycanda mikroavtobusun elektrovoza çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.


Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, fevralın 2-də saat 16 radələrində Masallı rayonu Balatəklə kəndinin ərazisində qorunmayan keçiddə rayon sakini Vüqar Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusu elektrovoza vurub.

 

Xəsarət alan V. Əliyevə və sərnişinləri - həmyerliləri Gülmirə Ağayeva və Rəna Əsgərovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.