Günel Ələkbərova: Neçə ildir eşidirəm ki, hamiləyəm nə oldu bəs azad olmadım? -ÖZƏL

3 Fevral 2014 15:50 (UTC+04:00)

Müğənni Günel Ələkbərova hamilə olub-olmaması barədə açıqlama verib. Mövqe.az xəbəbr verir ki, müğənni hamilə olmasını inkar etməsə də, bu barədə belə açıqlama verib: " Birincisi bu mənim şəxsi həyatımdır. Mən bu haqqda danışmaq istəmirəm. Hamilə deyiləm. Lap hamilə olsam belə bunun heç kimə aidiyyatı yoxdur. Ayıbdır. Az qalıb kim-kimlə cinsi əlaqəyə necə girib, onu da yazsınlar. Neçə ildir ki, mən eşidirəm ki, elə mən hamiləyəm nə oldu doğub, qutarmadım ? Mən kimlə nə işlə məşğul oluram özüm bilərəm. Dırnaq arası müğənnilər çıxıb deyirlər ki, mən hamiləyəm. Mən belə şeyi xoşlamıram. Mənim yerimə kimsə gəlib doğacaq? Mən heç kimə hesabat vermək istəmirəm. Şəxsi həyatıma soxulmağa heç kimə haqqı yoxdur".


Uşağın atası deyirlər sizə ev alıb sualına Günel belə cavab verib : " : Kim alıb evi?  Evi mənə yayda alıb. Özdə uşağın atası yox, ailəm alıb". 


P. S Günelin ana olması ilə bağlı xəbəri showlife.az saytı yayıb.