Tanınmış aktyor vəfat edib

3 Fevral 2014 18:30 (UTC+04:00)
Tanınmış amerikalı aktyor Filip Seymur Hoffman vəfat edib.

Trend "Wall Street Journal"a istinadən məlumat verir ki, aktyorun meyiti bu gün mənzilində tapılıb.
46 yaşlı aktyorun ölüm səbəbi hələ dəqiq bilinmir.

Qeyd edək ki, F.Hoffman bir sıra filmlərdə rol alıb. "Kapot" filmindəki roluna görə "Oskar", həmçinin "Qızıl qlobus" mükafatları qazanıb.

Xatırladam ki, amerikalı aktyor ötən il narkotik asılılığından müalicə olunub.