Avtobuslarda qiymət artımı müəmması
3 Fevral 2014 18:01 (UTC+04:00)
Rayonlararası avtobuslarda qanunsuz qiymət artımı
müşahidə olunur. Belə ki, bundan narazı qalan sərnişinlər ANS
PRESS-ə bildiriblər ki, 6 manata olan biletlərin qiyməti 10 -15
manata qalxıb.
Bakı beynəlxalq avtovağzalına çatar- çatmaz
rastlaşdığımız hər kəsdən qiymət artımının olmasından xüsusilə də
bu artımın Bakı-Gəncə marşrutu ilə işləyən avtobuslarda olması
xəbərini eşitdik. Biletlərin qiymətinin süni şəkildə artırıldığını
deyən sərnişinlərin sözlərinə görə, avtovağzalın kassalarında
biletlər qabaq sıralar üçün 15 manata, arxa sıralar isa 10 manata
satılır. Odur ki, avtovağzılın həyətində vaxt itirmədən içəri daxil
olduq. İlk əvvəl Bakı-Gəncə marşurutu ilə hərəkət edən avtobusların
platformalarına yaxınlaşdıq. Apardığımız sorğudan məlum oldu ki,
yerlər sərnişinlərə biletsiz satılır. Qiymətlərə gəldikdə isə 10-15
manat olmasa da əvvəlki günlərdən fərqli olaraq 1-2 manat arasında
artım var.
Marpaqlıdır ki, sərnişinlərdən fərqli olaraq
avtobusun sürücüsü ilk əvvəl qiymət artımının olmadığını bildirdi.
Amma sonradan dediklərini danaraq biletlər üçün pulun onun
yığmadığını vurğuladı.
Baki-Gəncə avtobusunda çəkilişdən sonra digər bir
rayona, Bərdəyə gedən avtobusdakı sərnişinlərlə də söhbətlərdə
gördüyümüz bu şəxs məndə əməlli başli təəccüb doğurdu. Niyəsini az
sonra deyəcəm.
Filankəs müəllimin dediklərindən sonra Baki Bərdə
xəttinə nəzarət edən dispetçerə yaxınlaşdıq ki, ondan qanunsuz
qiymət artımına münasibət öyrənək. Dedik ki, bunların hamısı ağ
yalandır. Odur ki, dispetçer filankəs filankəsovu da götürüb
yenidən yaxınlaşırıq bayaqkı musahibimə. Bu dəfə dediklərini
dandı.
Elə Bakı Beynəlxalq avtovağzalın kassalarına da
baş çəkdik. Kassirdən öyrəndik ki, nə Baki Gəncə, nə də ki, Bakı
Bərdə avtobusunda gediş haqqı artmayıb. Kassadan eşidiklərimizi
Bakı beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev də
təkrarladı.
Bir sözlə eşitdikərimiz və gördüklərimizdən belə
başa düşdük ki, qiymət artırıma rəsmi olaraq yoxdur. Daha
biletlərin kimlər tərəfindənsə qeyri rəsmi baha satmasını deyə
bilmərəm. Hər halda bu cür qiymət artımlarının qarşısının almasında
sərnişinlərin də rolu olmalıdır.