May ayının 30-dan
etibarən
İstanbuldabaşlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur.Nəzərinizə çatdıraq ki,
bu sayca sayca 10-cu olimpiadadır.
Əvvəlcədən də söylənildiyi kimi bu dəfəki
tədbirə dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılıb. Tədbirdə əsas məqsəd türk dilini tanıtmaq və sevdirmək,
dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri,
təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya
gətirməkdir. Bu yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq
rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14
kateqoriyada çıxış ediblər. Azərbaycanı bu olimpiadada
təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində (İSM) iştirakçı ölkələrin mədəniyyətlərini,
tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks
etdirən eksponatlar nümayiş olunmuşdur.
İSM-də Türkiyədən sonra ən böyük pavilyonla
Azərbaycan təmsil olunur. Eksponatlarının zənginliyi ilə
fərqlənən Azərbaycan pavilyonunda nümayiş olunan ölkəmizin tarixi
abidələri olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Nizaminin
məqbərəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan
Sarayının maketləri, eləcə də xalqımızın mədəniyyətini,
adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi
alətləri, milli geyim nümunələri tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb. Bundan əlavə Azərbaycan pavilyonu ilə tanış olanlara
milli şirniyyatımız, üçrəngli bayrağımız, ölkəmiz haqqında
məlumatları əks etdirən bukletlər və disklər paylanmışdır.
Ölkəmizdən bu müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil
Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti
tərəfindən aparılmışdır.
Yüzlərlə tamaşaçının qatıldığı tədbirdə
məktəblilərimizin ifa etdiyi Azərbaycan və Türkiyə milli folkloruna
aid xalq mahnıları, rəqslər, şeirlər tamaşaçıların böyük marağına
səbəb olmuşdur.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər
Özərən 10-cu Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin
təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda, bütün insanlar
arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini
daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.
Olimpiadanı izləmək üçün ölkəmizdən Milli Məclisin deputatları, iş
adamları, tanınmış incəsənət xadimləri, eləcə də "Mövqe", "Palitra"
"Azərbaycan" vəs qəzetlərin və informasiya portallarının
nümayəndələri və , "Çağ" Öyrətim İşlətmələri Şirkəti və Qafqaz
Universiteti tərəfindən dəvət olunmuş çoxlu sayda mətbuat
nümayəndələri iştirak edib.
Olimpiada çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən
müsabiqələrin qalibləri iyunun 9-da mükafatlandırılacaqlar.
İyunun 14-də isə rəsmi bağlanış mərasimi ilə 10-cu Beynəlxalq Türk
Dili Olimpiadası başa çatacaqdır.
S.S.V
Movqe.Az