Təmas xəttində tutulan erməni ilə görüş olub

3 Fevral 2014 19:46 (UTC+04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir neçə gün əvvəl Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə görüşüblər. Qurumun Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya bildirib ki, görüş zamanı ona ailəsi ilə bağlı məlumat çatdırılıb.

Qeyd edək ki, yanvarın 28-da saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib və düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.