Bakıda qadının açdığı əxlaqsızlıq yuvası dağıdıldı

3 Fevral 2014 19:53 (UTC+04:00)

Bakını Xəzər rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, əxlaqsız yuvasının rayonun Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 3 ünvanında olması barədə idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında idarənin əməkdaşları həmin ünvana gəliblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Tamilla Məlikovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. O, da məlum olub ki, Tamilla Məlikova gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb edirmiş.Faktla bağlı araşdırma aparılır.