Bakıda sürücü yanaraq öldü

4 Fevral 2014 09:29 (UTC+04:00)
Bakının Xəzər rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Movqe.az-ın saytına istinadən xəbər verir ki, hadisə "Assamant" və "QAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Qəza nəticəsində hər iki avtomobildə yanğın baş verib.
Hadisə yerinə baxış keçirən FHN xilasediciləri "QAZ" markalı avtomobildən yanmış, şəxsiyyəti naməlum cəsəd aşkarlayıblar. Yanğın saat 03.25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.