Yanardağ fəallaşdı

4 Fevral 2014 10:52 (UTC+04:00)

Ekvadordakı Tungurahua Yanardağıı böyük partlayışlarla fəaliyyətə keçib. Küllər ölkədəki 24 şəhərin üçdə birini örtüb. 


Movqe.Az xəbər verir ki, Ekvadordakı Tungurahua Yanardağı gecə yarısı böyük partlayışlarla fəaliyyətə keçib. 


Səlahiyyətlilər, yanardağın 4 kilometr yüksəyə atdığı lavalar nəticəsində yaranan vulkan küllərinin ölkədəki 24 şəhərin üçdə birini örtdüyünü deyib. 


Paytaxt Quitonun 140 kilometr cənubunda yerləşən 5 min 23 metr yüksəkliyindəki yanardağın 10-a yaxın böyük partlayışla fəaliyyətə keçməsiylə ölkədəki bəzi məktəblərdə təhsilə fasilə verilib, bölgədə bir aerodrom müvəqqəti olaraq bağlanılıb.