Ukrayna Prezidentin səlahiyyətini azaldacaq

4 Fevral 2014 11:19 (UTC+04:00)

Ukrayna müxalif millət vəkilləri bugün Prezidentin səlahiyyətlərini azaldacaq yeni qanun qəbul etməyə hazırlaşır. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Onlar parlamentə böyük səlahiyyət verən ilkin  konstitusiyalarına qayıtmaq istəyir. Müxalif iderləri anti-hökümət üsyanlarından sonra Prezident Yanukoviç üzərində təzyiqləri artırmağa çalışır. Xatırladaq ki, Baş Nazir Azarov və bütün kabinet ötən həftə istefa vermişdi.

Müxalif partiya liderlərindən Arseni Yatsenyuk prezidentin diktatorial səlahiyyətini məhdudlaşdıran 2004-cü il konstitusiyasına geri dönülməsinin lazım olduğunu söyləyib.