Azərbaycanlı müğənninin günahı hər kəsə bəlli oldu

4 Fevral 2014 11:11 (UTC+04:00)

Müğənni Hicran Ağayeva yeni mahnı üzərində çalışır. Bu haqda Movqe.az-a məlumat verən ifaçı bildirdi ki, yeni mahnısı "Günah edirəm" adlanır: "Mahnı artıq aranjimandadır. Çox az zaman qalıb ki, tamaşaçılarıma təqdim edim. Mahnını bəyəndiyim üçün ona ekran həyatı da vermək istəyirəm. Düşünürəm ki, mahnının gözəlliyinə kliplə də rəng qatılacaq".


Müğənni onu da bildirdi ki, gec olsa da yaxşı iş təqdim etmək istəyir: "Mən tələsib nə isə təqdim edim deyə iş görmək istəmirəm. Bu günə qədər "Olurmu" adlı mahnım və onun klipi işıq üzü görüb. Radio və telekanallarda yayımlanır. Məqsədim odur ki, yaradıcılığım davam etsin. Gələcəkdə daha da gözəl, keyfiyyətli mahnı və kliplərimi təqdim etmək istəyirəm. Ən böyük arzum odur ki, xalqımın rəğbətini və sevgisini qazanım. Çünki sənətçi üçün bundan böyük xoşbəxtlik ola bilməz".