"Acunun olduğu hər işdə sevə sevə mən də varam"

4 Fevral 2014 12:40 (UTC+04:00)

"O Ses Türkiye" yarışması ilə milyonlarla insanın sevgisini qazanan Gökhan Özoğuz başqa layihələrin olub olmayacağı ilə əlaqədar danışıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Acun Ilıcalı ilə yeni bir proyektdə təkrardan iştirak edib etməməsi haqqında verilən suallara müğənni "Yeni təkliflər gəlsə təbii ki qəbul edəcəm. Hələlik bir şey yoxdur. Lakin Acunun olduğu hər işdə sevə sevə mən də varam. Çünki Acun pis layihələr təşkil etmir "deyə cavab verib.