Rəqqasə Fatimə qızına nəyi qadağa qoydu ?

4 Fevral 2014 13:34 (UTC+04:00)
Rəqqasə Fatimə qızı Aydandan danışıb. Mövqe.az xəbər verir ki, rəqqasə qızı Aydanı gözündən o tərəfə buraxmır. Aydanın xaricdə oxumaq fikrinə qəti qarşı çıxan Fatimə bunu kəskin etirazını bildirib: " Mən qızıma etibar edirəm. Amma onu xaricə buraxmağa ehtiyat edirəm. Gərək özüm də o zaman bütün işlərimi atıb, gedib onunla orada yaşayım. Aydanı nə əziyyətlə böyütmüşəm hamı bilir. İnşallah qismət olar gedib, orada yaşayar".