"Anadangəlmə dodaqlarımdır, bacı qurban..." - AÇIQLAMA

4 Fevral 2014 14:45 (UTC+04:00)

"Aygün Kazımovadan da öncə plastik əməliyyat etdirən müğənnilərimiz olub, sadəcə onlar bunu hər kəsdən gizlətməyə çalışıblar. Aygün xanım insanlardan heç vaxt  gizlətməyib. O, saçlarını o illərdə qaynaq edəndə də qaynağı üzdən etdirdi ki, görünsün  Bu səbəbdən bizə elə gəlir ki, ilk dəfə bunu Aygün xanım edib.


Movqe.az Showlife.az saytına istinadən xəbər veri ki, "Xəzər" telekanalında yayımlanan "Bizim Gün" verlişinin qonağı olan prodüsser Sayqa Cahid bu sözləri deyib.

Prodüser yalançı müğənnilərdən də danışıb: "Bəziləri günü bu gün də dodaqlarını gelnən şişirdib, amma yalandan deyir ki, anadangəlmə dodaqlarımdır bacı qurban... Bacın ölsün, səni anan belə doğmayıb axı. Niyə yalan danışırlar anlamıram" .