Tanınmış müğənni ana oldu!

4 Fevral 2014 15:19 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Demet Akalın həyəcanla gözlədiyi körpəsini, bu gün səhər saatlarında qucağına aldı. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Demet Akalının qızı bu gün Maslak Acıbadem Xəstəxanasında sağlam bir şəkildə dünyaya gəlib.