Paytaxt məktəblərində davamiyyət aşağı düşüb

4 Fevral 2014 15:21 (UTC+04:00)

Son günlər ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraitinin paytaxtın ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyətinə göstərdiyi mənfi təsirləri açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə,  dünən və bu gün Bakı şəhərinin bəzi rayonlarında şagirdlərin dərsə davamiyyətinin keyfiyyət göstəriciləri aşağı düşüb. Belə ki, qarlı və şaxtalı hava şəraitində şagirdlərin dərsə davamiyyəti ilə bağlı ən yüksək göstərici Bakının Nəsimi rayonunda (85%), ən aşağı göstərici isə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyətinin keyfiyyət göstəriciləri 3-4 fevral tarixləri üçün Yasamal rayonunda 60%, Sabunçu rayonunda 70%, Suraxanı rayonunda 80%, Nərimanov rayonunda 75%, Nizami rayonunda 65%, Xətai rayonunda 70%, Nəsimi rayonunda 85%, Qaradağ rayonunda 55 %, Səbail rayonunda 80%-ə yaxındır.