Soçi Olimpiya Oyunlarından əvvəl daha bir problem!

4 Fevral 2014 16:47 (UTC+04:00)

Növbəti günlərdə başlayacaq Soçi Olimpiya Oyunlarından əvvəl Rus hökuməti , Soçidə olan başıboş itlərin toplanaraq zəhərlənməsi üçün bir firma ilə razılaşıb.

 Movqe.Az xəbər verir ki, 7 Fevralda başlayacaq Soçi Olimpiya Oyunlarından əvvəl Rusiyada daha bir hadisə ortaya çıxıb.

 Rus hökuməti , Soçidə olan küçə itlərinin zəhərlənməsi üçün start düyməsini basıb. Ölkədə olan insan hüquqları müdafiəçiləri isə ediləcək tətbiqə etiraz edib.

 Heyvan haqqları müdafiəçiləri itləri zəhərləyəcək firmanı "it ovçusu" olaraq adlandırıb, firma sahibi Aleksey Sorokin isə özünü müdafiə edib. Sorokin , başıboş gəzən itlərin turistlərə hücum edə biləcəyini və olimpiada üçün problem yaradacağını deyib. Sorokin küçədəki itləri "bioloji zibil" olaraq adlandırıb.