Londonun mərkəzində Kraliçanın şərəfinə keçirilmiş konsertdə dünya ulduzları çıxış edib

6 İyun 2012 19:33 (UTC+04:00)

Xatırladaq ki, bazar günü Londonun mərkəzində Britaniya Kraliçası II Yelizavetanın taxt-tacının 60 illiyinə həsr olunmuş Brilyant Yubiley konserti təşkil olunub.

Londonda Buckingham sarayı qarşısında keçirilən həmin konserti on minlərlə insan izləyib.

Konsertdə dünyanın bir sıra ulduz ifaçıları iştirak etdilər, o cümlədən, Cliff Richard "Congratulations" mahnısını, Shirley Bassey "Diamonds are Forever", 1980-ci illərin populyar qrupu Madness "Our House" mahnısını ifa ediblər.


Konsertdə eləcə də digər ulduzlar, o cümlədən, Stevie Wonder, Grace Jones, Paul McCartney, gənc ifaçılar Robbie Williams, Jessie J. və digərləri iştirak ediblər.


Tədbirdə nitqlə çıxış edən Kraliçanın oğlu Uels şahzadəsi Çarlz britaniyalılar adından II Yelizaveta və onun həyat yoldaşı Edinburq Hersoqu şahzadə Fillipə Britaniya adı ilə fəxr etməyə əsas verən fədakar xidmətlərinə görə xalqın minnətdarlığını bildirərək, təşkil edilən konsertin tamaşaçılara II Yelizaveta və şahzadə Fillipə təşəkkür bildirmək imkanını yaratdığını qeyd edib.


Konsert möhtəşəm atəş-fişənglik tamaşası ilə başa çatıb.


Bazar günü uzun çəkən gəmi paradında iştirak edəndən sonra şahzadə Fillip sidik kisəsində infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bu səbəbdən Kraliça konsertin 1-ci hissəsini buraxmalı olmuşdu.

90 yaşlı hersoq Fillip sonuncu dəfə xəstəxanaya Milad Bayramı ərəfəsi yerləşdirilmişdi. O zaman onun şah damarında yaranmış tıxacı aradan qaldırmaq üçün cərrahiyyə əməliyyatı keçirilmişdir.

Türkan Nadirqızı

Movqe.Az