Azərbaycan prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib

4 Fevral 2014 17:46 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Movqe.az-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.